18 yaşlı qapıçını komandası tək qoymadı

Son vaxtlarda üzləşdiyi hadisələrlə dünya mətbuatının gündəmini zəbt edən, 18 yaşlı qolkiper Canluici Donnarumma haqda “Milan” son qərarını verib.

Newsport.az xəbər verir ki, klubun idarə heyətinin üzvü, Marko Fassone jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Donnarumma komanda da qalacaq. Onu satmaq kimi bir niyyətimiz qəti olaraq yoxdur”.  Nəzərinizə çatdıraq ki, italiyalı qapıçının klubla olan müqaviləsi 2021-ci ildə bitəcək.

Qeyd edək ki, İtaliya Kuboku matçında “Verona” ilə qarşılaşmada, Canluici azarkeşlərin etirazına məruz qalmış və oyunsonrası gözyaşlarını saxlaya bilməmişdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right