"Lill" 62 yaşlı mütəxəssisi qovdu

Fransanın “Lill” klubunda ayrılıq baş tutub.  

Newsport.az xəbər verir ki, klubun idarə heyəti baş məşqçi Marselo Byelsa ilə yolları ayırmaq qərarına gəlib. Klubdan edilən aşıqlamada, argentinalı mütəxəssislə müqavilə şərtlərinə əməl etmədiyi üçün, bu qərarı aldıqları bildirilib. Xatırladaq ki, 62 yaşlı mütəxəssis noyabr ayında da vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Byelsa 2017-ci ilin əvvəlindən “Lill”i çalışdırır. Onun rəhbərliyi altında klub Fransa çempionatında 19-cu pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right