“Öz komandama pul qoyuluşu edəcək qədər axmaq deyiləm" Baş məşqçi

Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi yerli mətbuata verdiyi müsahibəsində maraqlı açıqlamaları ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, klubun ruminiyalı baş məşqçisi Marius Sumdica ölkəsində çalışdığı zaman oyunlara pul qoyuluşu etdiyini bildirib. Bundan həzz aldığını deyən Sumdica Poker, Tenis və Çempionlar Liqası matçlarına pul yazdırdığını açıqlayıb. “Öz komandama pul qoyuluşu edəcək qədər axmaq deyiləm.  Bu hal Ruminiya Futbol Federasiyası tərəfindən də araşdırılıb. Hər insan kimi mən də oynayıram. Hətda bu hallarım UEFA və FİFA tərəfindən də incələndi, lakin hər hansı bir problem çıxmadı.Mərc oyunları ilə məşqul olduğum zamanlarda tək idim. Klubun prezidenti də həpsdə idi. Etdiyim səhv olsa belə, mən bundan həzz almışam”. Xatırladaq ki, Marius 2017-ci ilin əvvəllərindən "Kayserispor"un sükanı arxasındadır.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2015-2017-ci ilə qədər Ruminiyanın “Astra FK” klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right