Ronaldinyo siyasətə qoşulur

Braziliyanın əfsanəvi futbolçularından olan Ronaldinyo siyasətlə məşğul olmaq qərarına gəlib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı futbolçu Jair Bolsonaronun rəhbərlik etdiyi “Sosial-xristian partiyası”nın üzvü kimi Braziliya senatına namizədliyini irəli sürməyə hazırlaşır. Ronaldinyo 2018-ci ilin martında keçiriləcək seçkilərdə Minas-Jerais ştatından namizəd olacaq. Bunun üçün partiyanın onun sənədlərini rəsmən təsdiqlənməsi lazımdır.

Qeyd edək ki, “Sosial xristian”lar eynicinsli nikah, hərbi siyasət və ölüm hökmü məsələsində hazırki hakimiyyətlə əks qütblərdə dayanırlar. Partiyanın sədri Bolsonaro özünü ABŞ prezidenti Donald Trampla müqayisə edir. Onun qadınlar və LGTB barədə bəzi fikirləri qarşı etirazlar doğurur.

Ronaldinyo siyasətə can atan ilk braziliyalı futbolçu deyil. Braziliya millisi ilə 1994-cü ildə dünya çempionu olan Romario artıq senat kimi fəaliyyət göstərir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right