"Arsenal"ın hücumçusundan ayrılıq siqnalları

Bu mövsüm İngiltərə Premyer Liqasında "Arsenal"ın heyətində heç bir oyuna start heyətdə başlamayan Olivyer Jiru ayrılıq siqnalları verib.

Newsport.az-ın məlumatına görəFransa millisinin üzvü qış transfer pəncərəsində təklifləri nəzərdən keçirəcəyini deyib: "Hər gün, hər həftə dünya çempionatını düşünürəm. Yayda "Arsenal"dan ayrılmadım, çünki bu, düzgün olmazdı. Ancaq yanvar ayında təklifləri düşünəcəm. Doğru qərar verməyim lazımdır".

31 yaşlı hücumçu 2012-ci ildən "Arsenal"da çıxış edir. Jiru bu mövsüm 4 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right