Araz Abdullayev Kiprdə növbəti qolunu vurdu

Kipr çempionatında 15-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda “Alki Oroklinis”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının qələbə qolunu da Abdullayev vurub. Millimizin üzvü 90-cı dəqiqədə fərqlənməklə Kipr çempionatında ikinci qoluna imza atıb.

Geridə qalan turlarda 33 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right