Nazarov komandasının qələbəsində pay sahibi oldu

Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Darmştadt”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də məhz Nazarov verib.

“Aue” geridə qalan turlarda topladığı 22 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right