"Futbol tarixinin ən yaxşı oyunçusu özüməm" Kriştiano Ronaldo

Beşinci dəfə "Qızıl top" mükafatını qazanan portuqaliyalı futbolçu Kriştiano Ronaldo bu haqda fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, çıxış etdiyi "Real Madrid" klubunun teletviziya kanalına müsahibə verən 32 yaşlı futbolçu iddialı çıxışı ilə diqqət çəkib. O, bildirib ki, "hal-hazırda çox xoşbəxtəm. Bu mükafatı qazanmağı çoxdan gözləyirdim.Ötən il əla mövsüm keçirdim. Çempionlar liqasının bombardiri oldum. Onu demək istəyirəm ki, futbol tarixinin ən yaxşı oyunçusu özüməm. Heç kimi özümdən yaxşı futbolçu hesab etmirəm. Mənim futbolda nail olduğum uğurları heç kim əldə etməyib. 

Lionel Messi ilə aralarındakı rəqabətə də toxunan futbolçu "rəqabət çox yaxşı bir haldır. Rəqabət olanda bütün mükafatları qazanmaq istəyirsən. Hal - hazırda da motivasiyam yüksək səviyyədədir. Hər səhər erkəndən oyanıb məşq edirəm, bilirəm bütün bunlar nə vaxtsa bitəcək. Aancaq mən hələki bu haqda düşünmürəm" deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right