"Beşiktaş"ın qolkiperinin yeni klubu məlumdur

“Beşiktaş”ın ehtiyyatda qalan legioner qapıçısı Denis Boyoko klubdan ayrılmaq qərarına gəlib.

Newsport.az Ukraina mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş”a transfer olduqdan sonra əsas heyətə düşə bilməyən futbolçunun, artıq ukrainanın “Şaxtyor Donetsk” klubu ilə razılaşdığı bildirilir. Denisin menicerinin danışıqlar üçün Ukrainaya uçduğu deyilir. Xatırladaq ki, “ağ-qaralar”ilə müqavilə imzaladıqdan sonra ukrainalı qolkiper, keçən mövsümü icarə əsasında İspaniyanın “Malaga” klubunda keçirib.

Qeyd edək ki, 29 yaşlı qapıçı sənədləşmə ilə “Beşiktaş” klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right