Əmrə Canın yeni klubu bəlli olub SON DƏQİQƏ

İtaliyanın “Yuventus” klubu mövsümün sonunda heyətini yeni futbolçu ilə gücləndirəcək.

Newsport.az xəbər verir ki, İtaliya mətbuatında yayılan xəbərlərə görə, “qoca sinyora” artıq türk əsilli alman futbolçu Əmrə Can ilə razılaşıb. Belə ki, "Yuve" uzun müddətdir transfer etmək istədiyi, lakin, “Liverpulun” əldən vermək niyyətində olmayan 23 yaşlı gənc futbolçunu razı sala bilib. Mövsümün sonunda müqaviləsi bitəcək yarımmüdafiəçi ilə,  illik  4 milyon avro ödəməklə, 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əmrə Can bu mövsüm “Liverpul”un heyətində çıxdığı 20 matçda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right