"Beşiktaş" və "Fənərbaxça" arasında soyuq müharibə davam edir

Son zamanlar Türkiyə Super Liqasında mübarizə aparan adlı-sanlı klublar, “Beşiktaş” və “Fənərbaxça” arasında sosial şəbəkə üzərindən soyuq müharibə davam edir.

Newsport.az xəbər verir ki, ötən günlərdə “sarı lacivərtlər”in rəsmi səhifəsində edilən paylaşımda, “Beşiktaş” klubunun “Qasımpaşa” ilə doğma meydanda qarşılaşdığı matçda, pilləkənlərin də adamla dolu olduğunu və  klubun 25 min türkiyə lirəsi cəzalandığını,  eyni halın “Galatasaray” ilə oyunda da yaşandığını açıqlayaraq, klubun qaydalara məhəl qoymadığını bildirmişdi.

Buna “ağ-qaralar”ın cavabı çox gecikməyib. Belə ki, klubun  televiziya kanalına müsahibə verən vitse prezident Əhməd Nur Çebi bunları bildirib: “Fənərbaxça” bu hallar ilə çox uzağa gedə bilməz. “Beşiktaş” hal-hazırda türkiyədə sevilən klublardan biridir. Çünki biz ölkəmizi Avropada təmsil edirik. Hərkəsin sevdiyi və qürur duyduğu bir komanda varkən,  bunu TFF ilə aralarındakı problemi həll etmək üçün istidafə edən “Fənərbaxça” klubunun idarə heyyətini qınayıram”.

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında 29 xal toplayan “Fənərbaxça” 2-ci, “Beşikataş” isə 26 xalla 4-cü pillələri bölüşürlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right