Klubun prezidenti: "Ailəsi və uşaqları var, daha çox pul qazanmaq istəməsi normaldır"

Türkiyənin “Beşiktaş” klubunun yeni transferi olacaq Domoqoy Vida dünən gecə, çıxış etdiyi “Dinamo Kiyev” klubunun azarkeşləri ilə vidalaşıb.

Newsport.az xəbər verir ki, artıq “Beşiktaş” ilə razılığa gələn xorvatiyalı müdafiəçi, dünən “Dinamo”nun “Partizan” ilə qarşılaşdığı matçda (4-1) ilk 11-likdə olmayıb. Lakin oyundan sonra stadiona çıxıb klubun azarkeşlərini salamlayan 28 yaşlı futbolçu onlarla vidalaşıb. Komanda da öz növbəsində  “tvitter” hesabında ona təşəkkurlərini bildirib və uğurlar arzulayıb.

Oyunsonrası jurnalistlərin suallarını cavablandıran klubun prezidenti İqor Surkis Vida haqda bunları deyib: ”Qalmasını çox istərdim, ancaq o, başqa bir yol seçdi. Ailəsi və uşaqları var, daha çox pul qazanmaq istəməsi normaldır. “Beşiktaş” klubunun ona təklif etdiyi maddi imkanı biz ona verə bilmərik. Vidanın “Dinamo”da çıxış etdiyi səviyyədə futbol sərgiləməsini arzu edirəm”.

Qeyd edək ki, 2013-cü ildən “Dinamo Kiyev”in şərəfini qoruyan futbolçu yanvar ayında “qara qartallar” ilə rəsmi olaraq razılığa gələcək. 

Resmi Twitter'da görüntüleResmi Twitter'da görüntüleResmi Twitter'da görüntüle
 

Дякуємо за все, Домагой! 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right