6 dekabr onun günü olacaq

İtaliya və dünya futbolunun əfsanələrindən sayılan, karyerasını ABŞ Super Liqasında çıxış edən “Nyu York Siti”də davam etdirən Andrea Pirlo bildiyimiz kimi ötən günlərdə futbolçu karyerasını başa vurduğunu açıqlamışdır.

Newsport.az xəbər verir ki, Nyu York şəhər bələdiyyəsi ulduz futbolçunun klubda çıxışını əbədiləşdirmək üçün, 6 dekabr gününü “Andreya Pirlo Günü” elan edib. Bu gün bir qayda olaraq hər il keçiriləcək.

Xatırladaq ki, Pirlo futbolçu karyerası boyunca- bir Dünya Kuboku, iki İtaliya Kuboku, iki UEFA Super Kuboku, üç İtaliya Super Kuboku, iki Çempionlar Liqası və altı Seria A çempionluğu qazanaraq adını tarixə yazdırıb.

Qeyd edək ki, 38 yaşlı yarımmüdafiəçi  2015-2017-ci illər mövsümündə “Nyu York Siti”  klubunun şərəfini qoruyub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right