Millətlər Liqası: Azərbaycan 1-ci səbətdə yer aldı

UEFA Millətlər Liqasının səbətlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan D liqasında mübarizə aparacaq. Azərbaycan bu liqanın ilk səbətində yer alıb. Makedoniya, Belarus və Gürcüstan da ilk səbətdədir.

D liqasında digər səbətlər:

2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.

Millətlər Liqasının püşkü yanvarın 24-də atılacaq. 

D liqasında qrup qalibi olacaq 4 ölkə 2019-cu ilin iyununda pley-off sistemində çempionluq uğrunda mübarizə aparacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right