Baş məşqçi klubdan imtina etdi

Türkiyə Super Liqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi Leonardo Arauxo istefa verib.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Məlumatda braziliyalı mütəxəssisin bu gün səhər məşqindən öncə futbolçularla vidalaşdığı qeyd edilib. Onun ayrılıq qərarında bir müddət öncə klub prezidenti Ali Şafak Öztürkün istefasının da rol oynadığı deyilir.

Qeyd edək ki, Leonardo “Antalyaspor”un “sükanı arxasında” keçirdiyi 8 oyunun yalnız 2-ni qələbə ilə başa vurub. Klub hazırda Super Liqada 13 xalla 14-cü sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right