Prosineçkinin əvəzinə Fatih Terim?

Bosniya və Hersoqovina milli komandası boş qalan posta baş məşqçi axtarışlarını davam etdirir.

Newsport.az xəbər verir ki,  BHFF yığmanın çalışdırıcısı  Mehmed Bazdareviçi istefaya göndərməsinin ardından, uzun zamandır boş qalan posta məşqçi axtarışındadır. Federasiyanın türkiyəli mütəxəssis Fatih Terim ilə anlaşacağı gözlənilir.  Bosniya və Hersoqovina mətbuatında çıxan yazılara görə artıq 64 yaşlı mütəxəssis ilə danışıqlara başlanılıb.

Qeyd edək ki, millimiz ilə yollarını ayıran Robert Prosineçkinin adı da namizədlər sırasında hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right