Arda bu mövsüm ilk rəsmi oyununa çıxa bilər

"Barselona"nın futbolçusu Arda Turan bu mövsüm ilk rəsmi matçına çıxa bilər.

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun həkimləri türk yarımmüdafiəçiyə La Liqanın 15-ci turunda "Vilyarreal"la matçda iştirak etməyinə icazə veriblər. Baş məşqçi Ernesto Valverdenin Ardaya sözügedən qarşılaşmada şans verəcəyi gözlənilir.

Qeyd edək ki, A.Turan bu mövsüm heç bir rəsmi matçda oynamayıb. Onun zədə səbəbindən oynamadığı iddia olunur.

Əlavə edək ki, "Vilyarreal" - "Barselona" görüşü dekabrın 10-u keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right