Pol Poqba: "Siti"nin xal itirməsinin tək yolu zədədir"

İngiltərə Premyer Liqasında çempionluq uğrunda gərgin mübarizə davam edir. Hazırda Liqada rəqib tanımayan “Mançhester Siti” ən yaxın izləyicisi “Mançhester Yunayted”i  8 xal qabaqlayaraq turnir cədvəlində dominantlığını qoruyur.

Newsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Pol Poqba ingiltərənin “The Sun” nəşrinə verdiyi müsahibədə "Yunayted"i durdurmağın tək yolu, oyunçularının zədələnməsidir deyib. "Şəhərlilər"in xal itirməsinin tək yolu zədədir. İfadələrini işlədən 24 yaşlı futbolçu bildirib ki, “Mən inanıram ki, onlar xal itirəcək. Bunu demək istəməzdim, ancaq inanıram ki, “Siti”nin bəzi əsas oyunçuları zədələnəcək. Eynən bizdə olduğu kimi. İnsanlar bunu görmür. Nə zaman vacib bir matçımız olsa, əsas oyunçularımızdan hansısa sıradan çıxır. Ulduz futbolçularının zədələnməsi onları axsatacaq”.

Xatırladaq ki, bu mövsüm zədə səbəbindən bir çox oyunu buraxmalı olan yarımmüdafiəçi aldığı qırmızı kart nədəniylə 10 dekabrda əzəli rəqib “Mançhester Yunayted”lə oynanılacaq derbini buraxmaq məcburiyyətində qalacaq. Nəzərinizə çatdıraq ki, Pogba bu mövsüm çıxdığı 11 oyunda 3 qol və 5 məhsuldar ötürmə etməyi bacarıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində "Mnçhester Yunayted" doğma meydanda "Maçhester Siti"ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:00 da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right