Tevez "Beşiktaş"a gəlir?

Türkiyənin “Beşiktaş” klubu uzun zamandır Çin Super Liqasında forma geyinən Karlos Tevezi transfer eymək üçün danışıqlarını davam etdirir.

Newsport.az xəbər verir ki, klubun 26 yaşlı hücumçusu Cenk Tosunun Avropaya transfer olma ehtimalını gözə alan “ağ-qaralar”ın idarə heyəti, Tevez ehtimalını gözdən çıxarmaq qərarına gəlib. Çinin “Şanxay Shenhua” klubunda forma geyinən argentinalı futbolçu  uzun zamandır zədədən əziyyət çəkir.

Çin klubunun prezidenti  Zhou Jun jurnalistlərə verdiyi açıqlamada  bildirib ki, “Tevez gözlədiyimiz nəticəni vermədi. Ancaq formada qalamq üçün əlindən gələni edir. Lakin müqaviləni uzatmaq qərarını vermiş olsaq, bu ortaq qərar olacaq”. “Beşiktaş” isə oyunçunu keçidə razı salmaq üçün yollar axtarır.

Qeyd edək ki, 33 yaşlı futbolçu  2015-2016-cı illər ərzində ölkəsinin “Boka Xuniyors” klubunda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right