Araz Abdullayev oynadı, komandası qələbə qazandı

Kiprin I Divizionunda XIV tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

Famaqusta təmsilçisi “NEA Salamis”i qonaq edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Araz matça ehtiyat oyunçular skamyasında başlasa da, 14-cü dəqiqədə komanda yoldaşı Palankanı əvəzləyib.

Qeyd edək ki, 14 oyundan sonra aktivində 30 xal olan “Anortosis” bir oyun artıq keçirməklıə turnir cədvəlinin lideridir

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right