Rauf Əliyevin komandası "Skenderbeu"ya uduzdu

Futbol üzrə Albaniya çempionatında XIII turun oyunları davam edir.

Newsport.az xəbər verir ki, milli komandamızın oyunçusu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Skenderbeu” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə yekunlaşıb – 1:2.

Millimizin üzvü bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, “Kukesi” geridə qalan turlarda 22 xal toplayıb və 10 komanda arasında üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right