İstanbul derbisini "Beşiktaş" qazandı

Türkiyə Superliqasında 14-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun mərkəzi oyunu İstanbulda keçirilib. Burada "Beşiktaş" "Qalatasaray"ı qəbul edib. Matç "qara qartallar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Beşiktaş" - "Qalatasaray" - 3:0
Qollar:
 Cenk Toun, 46, Duşko Toşiç, 70, Alvaro Neqredo, 90 (3:0)

Bu qələbə ilə "Beşiktaş" "Qalatasaray"la xal fərqini 3-ə endirib.

Qeyd edək ki, turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər" 27 xalla 2-ci, "Beşiktaş" 26 xalla 3-cüdür





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right