Kevin Stortman: "Onlar Bakıda "Atletiko"ya baş ağrısı oldular. Bizə də problem yarada bilərlər"

“Roma”nın yarımmüdafiəçisi Kevin Strotman A Seriyasının 15-ci turunda SPAL-ı 3:1 hesabı ilə məğlub etdikdən sonra jurnalistlərə müsahibə verib.

Newsport.az xəbər verir ki, SPAL ilə oyun haqda danışan 27 yaşlı futbolçu, qrup mərhələsində "Qarabağ"la oynayacaqları oyun barədə fikirlərini də bildirib: “ Düşünə bilərsiniz ki, SPAL-a qarşı evdə oynamaq bizim üçün asan olar. Lakin belə deyil. İlk hissədə yaxşı oynadıq. Düzdür, ikinci yarıda bir az arxayınlaşdıq. Nəticədə 1 qol buraxdıq. Bununla belə, 3 xal qazandıq. Bundan sonra “Qarabağ”la oyunu düşünə bilərik. Onlar Bakıda "Atletiko"ya baş ağrısı oldular. Bizə də problem yarada bilərlər. Bu oyun bizim üçün çox önəmlidi”.

Qeyd edək ki, “Roma” – “Qarabağ” görüşü dekabrın 5-i 23:45 də strat götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right