Robert Prosineçki milli komanda haqda fikirlərini bildirib

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki DÇ-2018 Rusiyada keçiriləcək mundialda, ölkəsinin şanslarını dəyərləndirib. 

Newsport.az xəbər verir ki, mütəxəssisin vaxtilə çıxış etdiyi Xorvatiya yığması püşkatma mərhələsindən sonra D qrupunda qərarlaşıb. Bunun ardından 48 yaşlı çalışdırıcı ölkəsinin qrupdakı vəziyyəti haqda fikirlərini bildirib. O, "Ağır qrupa düşmüşük. Lakin bundan pis də ola bilərdi" deyib. "Yaponiya ilə eyni qrupda yer aldığımıza sevindim. Argentina isə bizə böyük təcrübə qazandıracaq. Messidən Dibalayadək Argentina yığmasının hər bir oyunçusuna qarşı oynamaq çox çətin olacaq. Onlar hamıya qalib gələ bilərlər, favorit sayılırlar. Tezliklə daha yaxşı formaya düşəcəklər. Baxmayaraq ki, seçmə mərhələni çətinliklə keçiblər".

Nigeriya və İslandiya haqda da danışan baş məşqçi bunları deyib: "Böyük işlər görə biləcəyiksə İslandiya haqda danışmağa dəyməz. İslandiya ilə seçmə mərhələdə də eyni qrupda yer almışdıq. Onlar qrup qalibi kimi mərhələ adlamışdılar. Amma biz böyük işlər görə biləcəyimizə inanırıqsa, İslandiya barədə ümumiyyətlə danışmamalıyıq. Nigeriya isə fiziki hazırlıqları tam olan və oyundan həzz alan komandadır. Tək çatışmazlıqları taktikadır. Amma yenə də Xorvatiya daha üstündür". 

Qeyd edək ki, Robert Prosineçkinin  AFFA ilə  müqaviləsi formal olaraq yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right