"Yuventus" "Napoli"yə qalib gəldi Video

İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

 

Newsport.az xəbər verir ki, lider “Napoli” son çempion “Yuventus”u qəbul edib. Neapollular bu görüşdə bu mövsüm A Seriyasında ilk məğlubiyyət acısını yaşayıb - 0:1. "Qoca sinyora"ya qələbə qazandıran qolun müəllifi "Napoli"nin sabiq hücumçusu olan Qonsalo İquain olub.

 

Seriya A da turnir cədvəlinə 38 xalla "Napoli" başçılıq edir. "Yuventus" 1 xal geri qalaraq 2-cidir. 1 oyun az keçirən "İnter" 36 xalla 3-cü yerin sakindir.

 

“Napoli” – “Yuventus” – 0:1
Qol:
 İquain, 13

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right