O, FİFA-nı kokain çəkmədiyinə inandıra bildi

FİFA Peru yığmasının futbolçusu Xose Paolo Gerreyronun kokain qəbul etmədiyinə inanıb.

Newsport.az xəbər verir ki, DÇ-2018-in Argentina ilə keçirilən oyunundan sonra Gerreyrodan götürülən dopinq-test müsbət nəticə vermişdi. FİFA noyabrın 3-də 33 yaşlı futbolçunu 30 gün müddətinə cəzalandırmışdı.

Noyabrın 30-da FİFA-nın mənzil-qərərgahında intizam komitəsinin iclası keçirilib. Gerreyro və vəkili də iclasda iştirak edib. Onlardan savayı, iclasda mütəxəssislər də fikirlərini bildiriblər. İclas 4 saat davam edib.

Paolo günahsız olduğunu sübut edən faktlar təqdim edib. Məlumata görə, onun günahsız olduğu təsdiqini tapıb və FİFA futbolçunun kokain qəbul etmədiyinə inanıb.

Qeyd edək ki, məsələ ilə bağlı yekun qərar dekabrın 4-də açıqlanacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right