"Barselona”dakı karyeram yekunlaşır" Maskerano

Xavyer Maskerano “Barselona”da karyerasını başa vurmaq üzrədir.

Newsport.az xəbər verir ki, müdafiəçi belə davam edərsə yayda karyerasını başa vuracağını bildirib. İspaniyanın "Marça" qəzetinə müsahibə verən futolçu bunları deyib:

" Hesab edirəm ki, mənim “Barselona”dakı karyeram yekunlaşır. Bu da məntiqlidi. Burada çıxış etdiyim uzun illərdən sonra indi komandaya əlavə heç nə verə bilmərəm. Mən bu fikirləri ürək ağrısı ilə demirəm. “Barselona”da karyeramın ən uğurlu illərini keçirmişəm və bütün bunları heç vaxt unutmaycam. Mən vaxtında getməyə qərar verən insanlardanam. “Liverpul”dan ayrılarkən, hər şey o qədər də yaxşı olmamışdı. Həmin zəhərli hiss məni hələ də tərk etməyib. İstəmirəm ki, “Barsa”dan da ayrılarkən, eyni hissləri keçirim”.

Qeyd edək ki, 33 yaşlı argentinalı futbolçu  2010-cu ildən "Barsa"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right