DÇ-2018-də 64 futbolçuya veriləcək mükafat artıq hazırdır Foto

Rusiyada baş tutacaq DÇ-2018-in ən yaxşı futbolçularına veriləcək mükafat artıq hazırdır.

Newsport.az xəbər verir ki, mükafat noyabrın 30-da Moskvada ictimaiyyətə təqdim edilib. “BUD Man of the Match” mükafatı DÇ-də keçiriləcək 64 qarşılaşmanın hər birinin ən yaxşı futbolçularına veriləcək.

Mərasimdə İngiltərə millisinin sabiq qapıçısı Devid Simen və Braziliya yığmasının əfsanəsi, ikiqat dünya çempionu Kafu da iştirak edib. Xatırladaq ki,  DÇ-nin oyunlarının ən yaxşı futbolçularını azarkeşlər seçəcəklər.

Qeyd edək ki, mundialın püşkatma mərasimi bu gün Moskvada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right