Pedro Enrike: "ÇL-da qol vurduğum üçün özümü xüsusi hiss edirəm"

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib.

Newsport.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışı haqda danışan forvard, Avropaya gəldiyi üçün xoşbəxt olduğunu deyib.

Sizə müsahibəni təqdim edirik:

- 5 ildir ki, Braziliyadan kənardasınız. Bir oyunçu kimi böyümüsünüz?

- Avropaya çox erkən getdim və əlimə belə fürsət düşdüyü üçün xoşbəxtəm. Çünki bu amil mənə yalnız meydanda deyil, futboldan kənarda da çox şeylər öyrətdi. Belə bir imkanda peşəkarlıq daha yüksək səviyyəyə gəlir.

- Avropa futbolundakı fərqlər hansılardı?

- Braziliyadan erkən ayrıldığım üçün burada yüksək səviyyədə çıxış etmədim. Braziliyada Seria C-də oynadım. Avropa futbolunda hər şey fərqlidi. Peşəkarlıq çox yüksəkdir. Amma Braziliyada da futbol yaxşı yoldadır. Bizim oyunçular təkamül edirlər.

- “Qarabağ”ın Çempionlar Liqasında ilk qolunu vurdunuz. Buna görə özünüzü xüsusi hiss edirsiz?

- Komandamın qol vurması, xüsusi məqsəd idi. İlk dəfə oynadığımı Çempionlar Liqasında fərqlənməli idik. Təəssüf ki, qələbə qazana biləcəyimiz oyunu uduzduq. Stadionda demək olar ki, 70 min adam var idi. Qol vurduğum üçün də özümü xüsusi hiss edirəm. Bu anı heç vaxt unutmayacağam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right