Berdıyev azərbaycanlı futbolçunu seçdi

“Rubin”in baş məşqçisi Kurban Berdıyev Rusiya Premyer Liqasının 2017-ci il mövsümündə ən yaxşı gənc futbolçu seçimini açıqlayıb.

Newsport.az xəbər verir ki, Berdıyev “Anji”nin yarımmüdafiəçisi Ayaz Quliyevi fərqləndirib. O, “beşliy”i müəyyənləşdirərək, Ayaz Quliyevi birinci yerdə göstərib.

Maraqlıdı ki, “Rubin”in baş direktoru Rustam Sayaxov da Ayaz Quliyevi “beşliy”ə daxil edib. O, azərbaycanlı futbolçunun adını 2-ci qeyd edib. Sayaxov ilk pilləyə “Rubin”in hücumçusu Rifat Cemaletdinovu layiq görüb.

Səsvermədə klubların rəsmiləri və məşqçiləri, jurnalistlər iştirak edirlər.

Ayaz Rusiyanın U-21 yığmasına dəvət alır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right