"Rubin"in baş məşqçisi həmyerlimizə səs verib

“Rubin”in baş məşqçisi Kurban Berdıyev Rusiya Premyer Liqasının 2017-ci il mövsümündə ən yaxşı gənc futbolçular arasında kimə səs verdiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, Berdıyev “Anji”nin yarımmüdafiəçisi Ayaz Quliyevə səsini verib. O, “beşliy”i müəyyənləşdirərək, həmyerlimizi birinci yerdə göstərib.

Maraqlıdı ki, “Rubin”in baş direktoru Rustam Sayaxov da Ayaz Quliyevi “beşliy”ə daxil edib. O, azərbaycanlı futbolçunun adını 2-ci qeyd edib. Sayaxov ilk pilləyə “Rubin”in hücumçusu Rifat Cemaletdinovu layiq görüb.

Qeyd edək ki, səsvermədə klubların rəsmiləri və məşqçiləri, jurnalistlər iştirak edirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right