Filipe Luis "Galatasaray"da SON DƏQİQƏ

Türkiyə futbolunda iki əzəli rəqib yenə qarşı-qarşıya gəlib.

Newsport.az xəbər verir ki, sol cinah müdafiəçisi axtaran  “Galatasaray” və “Fənərbaxça”  klublarının yolları, bu dəfə transfer məsələsində kəsişib. Belə ki, “Sarı Kanaryalar” Çempionlar Liqasının qrup mərhələsində  “Qarabağ”ın rəqibi olan Madridin “Atletiko”  klubunun şərəfini qoruduğu Felipe luisi transfer etmək üçün, braziliyalının meneceri  Garcia Quilonu İstanbula dəvət edib.

Bu xəbər “Galatasaray”ın idarə heyətinə çatan kimi, “aslanlar” iş başına keçiblər. Arda Turanın tanışı vasitəsi ilə Felipe Luislə əlaqə saxlayan klub rəhbərliyi, uzun sürən danışıqlardan sonra, 32 yaşlı futbolçunu razı salmağı bacarıb. Artıq braziliyalı ilə ilkin razılıq da əldə olunub.

Qeyd edək ki, “Galatasaray” oyunçunu yanvar ayında heyətinə qatmaq fikrindədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right