Beyl yenə oynamayacaq

"Real"ın futbolçusu Qaret Beyl İspaniya La Liqasının 14-cü turunda "Atletik"lə oyunu buraxacaq.

Newsport.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, zədəsini yeni sağaldan uelsli yarımmüdafiəçi İspaniya kubokunun 1/16 finalında "Fuenlabrada" ilə matçdan sonra özünü yaxşı hiss etməyib. O, hətta komandanın məşqini buraxıb.

Bu səbəbdən baş məşqçi Zinəddin Zidan Q.Beylə sözügedən görüşdə oynatmamağa qərar verib. O, yenidən oyunçunu zədələnməsindən ehtiyat edərək bu addımı atıb.

Qeyd edək ki, "Atletik" - "Real" görüşü dekabrın 2-i keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right