Almaniyalı futbolçunun avotmobili yandırılıdı

Almaniyanın “Frayburq” klubunun oyunçusu Georq Nidermayerin avtomobili naməlum şəxslər tərəfindən yandırılıb.

Newsport.az xəbər verir ki, hadisə noyabrın 27-də gecə saatlarında baş verib.

31 yaşlı futbolçunun qara rəngli “Mercedes AMG” markalı avtomobili yanaraq, tamamilə sıradan çıxıb.

Polis hadisə yerində araşdırma aparıb. Araşdırmalar nəticəsində avtomobilin texniki qüsurlarının da olduğu üzə çıxıb. Ancaq polis, avtomobilin yandırıldığı ehtimalı üzərində dayanıb.

Qeyd edək ki, Nidermayer “Frayburq”da 2016-cı ildən çıxış edir. O, əvvəllər “Ştutqart”ın şərəfini qoruyub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right