"Qəzetlər, telekanallar bir neçə gündü məni güldürür" - Qattuzo

Cennaro Qattuzonun “Milan”ın baş məşqçisi təyin edilməsi barədə məlumat vermişdik.

Newsport.az xəbər verir ki, 39 yaşlı məşqçinin təqdimat mərasimi keçirilib. Qattuzo təqdimat mərasimindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“16 milli komanda üzvünün yer aldığı komandaya baş məşqçi təyin olunduğuma görə şadam. Əlimdə orta yaş həddi 21 olan və müəyyən uğurlara imza atmış heyət var. Heç şübhəsiz, onlar karyeralarının ən yaxşı dövrünü keçirmirlər, lakin bu oyunçuların daha yaxşısını edə biləcəyinə inanıram”.

Qattuzo daha öncə böyük klublarda işləməməsi ilə bağlı tənqidlər barədə düşünmədiyini deyib:

“Qəzetlər, telekanallar bir neçə gündü məni güldürür. Gənc məşqçilərin digər komandalarda təcrübə toplamalı olduğunu deyirlər. Sonra isə bunu da kifayət görmürlər. Mənə qarşı sanki yalnız aşağı yaş qruplarında işləmişəmmiş kimi rəftar edirlər. Ancaq 100-dən artıq oyunda əsas komandada baş məşqçi olmuşam”.

Xatırladaq ki, son olaraq “Milan”ın U-19 komandasını çalışdırmış Qattuzo, “Piza”, “Palermo” və Yunanıstanın OFİ klublarında da baş məşqçi olub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right