Rauf Əliyevin komandasından səfər darmadağını

Albaniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Rauf Əliyevin komandası “Kukesi” də növbəti matçını keçirib.

Sözügedən komanda səfərdə “Erzeni” ilə üz-üzə gəlib. Aşağı dəstə təmsilçisi ilə oyun “Kukesi”nin darmadağını ilə yekunlaşıb – 4:1. Matçda qolları Quri (2), Koldaşi və Pepoşi vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 13-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right