“Qarabağ”ın rəqibi kapitanını itirdi

İtaliyanın “Roma” klubunun kapitanı Daniele de Rossi İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Newsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi A Seriyasının son turunda “Cenoa” ilə səfər oyununda rəqib futbolçunu bilərəkdən vurduğu üçün iki oyunluq cəza alıb. O, A Seriyasının qarşıdakı turlarında – SPAL və “Kyevo” ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, De Rossi sözügedən hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub, “Roma”nın qapısına isə penalti təyin edilib. Meydan sahibləri penaltidən maksimum yararlanaraq, məğlubiyyətdən qaçıblar - 1:1.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right