"Beşiktaş" "Manisaspor"a tarixi boyu unutmayacağı məğlubiyyət yaşatdı Video

“Beşiktaş” “Manisaspor”a şans verməyib.

Newsport.az xəbər verir ki, Türkiyə Ziraat Kuboku çərçivəsində, 5-ci turun ilk matçında “ağ-qaralar” “Vodofon Arena”da “Manisaspor”u qonaq edib.  Super Liqada işləri yolunda getməyən ev sahibləri hirsini qonaqlardan çıxıblar. Belə ki, oyunda nə az, nə çox, düz 9 cavabsız qol qeydə alınıb. Alvaro Neqredonun 4,  Jermen Lensin 3 qol vurduğu oyunda, Orxan Çinar və Mustafa Pektemek hərəyə bir dəfə fərqlənərək tarixi qalibiyyətdə pay sahibi olublar. (9-0)

“Beşiktaş” – “Manisaspor” 9-0

Qollar: A. Neqredo 15, 68,  79, 85,  Lens 23, 41, 71,   O.Çinar 32,  M. Pektemek 86





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right