Mirça Luçesku azərbaycanlı jurnalistə zəng edib

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku azərbaycanlı jurnalistə zəng edib.

Newsport.az xəbər verir ki, 72 yaşlı rumıniyalı mütəxəssis Rusiyanın “Matç” TV kanalının əməkdaşı Elvin Kərimovla əlaqə saxlayıb.

Buna səbəb Kərimovun sovsport.ru (Sovetskiy sport) saytında çıxan yazısı olub. Məqalədə o, rumıniyalı çalışdırıcının menecerlərlə birlikdə işlədiyini və yığmaya onların sifarişi ilə futbolçu çağırdığı qeyd olunub.

Yazıda Hollandiyanın II liqa təmsilçisi "Dordrext”də çıxış edən Erol Alkanın adı çəkilir. Çıxış etdiyi klubda heyətə düşə bilməyən futbolçunun adı Luçeskunun Rumıniya ilə matç üçün Türkiyə millisinə dəvət alan futbolçuların siyahısında olub. Amma Alkan meydana çıxmayıb.

Məhz bu olaylardan sonra Elvinin yazdığı "Erol Alkanın işi: Türkiyədə korrupsiya skandalında Luçeskunun adı hallanır” məqaləsinə Luçeskudan reaksiya gəlib.

Kərimov şəxsi "Facebook" səhifəsində çalışdırıcının ona zəng etdiyini bildirib. Luçesku ilə sərt danışmadıqlarını vurğulayan Elvin söhbətin detallarını açıqlamayıb: “Kimsə məni çimdikləsin. Mirça Luçesku haqqında çıxan yazımdan sonra o, mənə zəng etdi. Gülməli olan odu ki, o, öz zəngi ilə məni yuxudan oyatdı. Yuxuda olmadığımı başa düşməyim xeyli vaxt çəkdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right