Niyə penaldo?

“Real Madrid”in və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun penaltidən vurduğu hər qol dünya mətbuatının gündəmində yer alır.

Newsport.az xəbər verir ki, 32 yaşlı ulduzun rəqib komandaya penaldan qol vurması həmin klubun azarkeşləri tərəfindən də bəzən yaxşı qarşılanmır. Hətta ona “penaldo” ləqəbini taxanlar belə var. Sizə Ronaldonun bu günə qədər neçə qol vurduğunu və onların neçəsininin penaltidən qeydə alındığını deyəcəyik.

Portuqaliyalı forvard “Real” forması ilə indiyədək çıxdığı 420 rəsmi matçda 417 qola imza atıb ki, bunların 75-i penaltidən qeydə alınıb. Bu ortalama hesabla vurulan qolların 18 faizi deməkdi. 

Qeyd edək ki, Ronaldo 2009-cu ildən “kral klubu”nda forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right