"Mançester Siti"ni dayandıran tapılmır

İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, lider "Mançester Siti" səfərdə "Haddersfild"ə 2:1 hesabı ilə qalib gəlib. Bununla da "şəhərlilər" Premyer Liqada ardıcıl 11-ci qalibiyyətini əldə edib.

Premyer Liqanın turnir cədvəlinə 37 xalla "Mançester Siti" başçılıq edir. 8 xal geri qalan şəhərin digər komandası - "Mançester Yunayted" ikincidir. "Çelsi" 26 xalla ilk "üçlüy"ü qapayır. "Haddersfild" 15 xalla 11-ci yerdə qərar tutub.

“Haddersfild” – “Mançester Siti” - 1:2
Qollar:
Otamendi, 45+1 (avtoqol) – Aquero, 47 (pen.), Sterlinq, 84

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right