Ardıcıl 12-ci çempionluqlarını yaşadılar

Futbol üzrə Belarus çempionatında mövsümə yekun vurulub.

 

Newsport.az xəbər verir ki, çempionun adına məhz son turda aydınlıq gəlib. BATE “Qorodeya” ilə səfər oyununda xal itirməsinə baxmayaraq (3:3), növbəti dəfə ölkə çempionu adını qazanıb.

 

Qeyd edək ki, son turda səfərdə “Vitebsk”i məğlub edən Minsk “Dinamo”su da mövsümü elə BATE-nin topladığı qədər – 68 xalla başa vurub. Lakin əlavə göstəricilərdə BATE öndə olduğundan, qızıl medalları da məhz bu komanda qazanıb. “Dinamo” gümüş, mövsümü 65 xala bitirən “Şaxtyor” (Soliqorsk) isə bürünc medallara sahib çıxıb.

 

Bu, BATE-nin ardıcıl 12-ci çempionluğudu. Borisov təmsilçisi 2006-cı ildən bəri hər mövsüm Belarus çempionu olur. Bütövlükdə isə BATE 14 dəfə qızıl medallara sahib çıxıb. Belə ki, bu komanda 1999 və 2002-ci illərdə də ölkənin ən güclüsü olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right