“Çelsi" “Liverpul”la bacarmadı

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Çelsi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Liverpul”la qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Hesabı hazırda “Liverpul”da çıxış edən sabiq “Çelsi”li Məhəmməd Salah (65-ci dəqiqə) açıb. Amma 85-ci dəqiqədə “Qarabağ”ın rəqibi Villianın qolu ilə məğlubiyyətdən xilas olub.

Hazırda “zadəganlar” 26 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right