Araz Abdullayev qol vurdu, komandası…

Futbol üzrə Kipr çempionatında 13-cü turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “AEL Limassol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Abdullayev vurub. Millimizin üzvü 12-ci dəqiqədə hesabı açsa da, komandası bu üstünlüyü qoruya bilməyib.

Geridə qalan turlarda 27 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right