Aryen Robben karyerasını başa vurur?

"Bavariya"nın futbolçusu Aryen Robben açıqlama verib.

Newsport.az saytının məlumatına görə, "Kicker" nəşrinə danışan hollandiyalı yarımmüdafiəçi mövsümün sonunda butsılarını mismardan asa biləcəyini deyib:

"Bəlkə də bu mövsüm mənim üçün sondur. Dəqiq bilmirəm. Bəlkə də 3 il də "Bavariya"nın uğurları üçün tər tökdüm. Hər şey ola bilər. Klub rəhbərliyi ilə yaxşı münasibətlərim var. Bu komandanın mənim üçün yeri tam başqadır. Futboldan uzun müddət zövq almaq istəyirəm. Amma bunun nəqədr sürəcəyini bilmirəm".

2009-cu ildən Münhen klubunda çıxış edən Robbenin müqaviləsi mövsümün sonunda başa çatacaq.

33 yaşlı futbolçu Hollandiya millisindəki karyerasını bir müddət öncə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right