Slaven Biliçə sürpriz "elçi"

"Vest Hem"dən qovulan Slaven Biliçə sürpriz "elçi" var.

Newsport.az saytının məlumatına görə, 49 yaşlı çalışdırıcı Özbəkistan millisin baş məşqçisi ola bilər. Federasiya Samvel Babayana qapını göstərdikdən sonra əcnəbi çalışdırıcı axtarışına çıxıb. Namizədlərin arasında ilk ad Slaven Biliçdir. Onunla yanaşı, Dan Petresku, Slavolyub Muslin, Miodraq Raduloviç, Anxelo Alessio və Valter Mazzari də Özbəkistan yığmasının baş məşqçisi olmağa namizəddirlər.

Özbəkistan DÇ-2018-in seçmə mərhələsində İran, Cənubi Koreya və Suriyanın ardından qrupu 4-cü pillədə başa vurmuşdu və mundiala vəsiqə qazanmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right