"Qarabağ"ın "Roma"nı büdrətməsini gözləyəcəyik" - Koke

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Atletiko"nun yarımmüdafiəçisi Koke açıqlama verib.

Newsport.az saytının məlumatına görə, Madrid klubunun futbolçusu mərhələ şansları barədə danışıb. O, bildirib ki, Londona 3 xal üçün yollanacaqlar və "Qarabağ"ın da "Roma"nı büdrətməsini gözləyəcəklər: "Özümüzə inanırıq. Bunu bacara biləcək heyətə sahibik. Əgər işıq ucu varsa, sona qədər çalışmalısan. Bizim az şansımız var, ancaq bunun mübarizə aparacağıq. Londona "Çelsi"ni məğlub etməyə yollanacağıq. Eyni zamanda, "Qarabağ"ın da "Roma"nı büdrətməsini gözləyəcəyik. Ümid edirəm ki, biz qalib gələcəyik. Növbəti mərhələ şanslarımız az da olsa, var".

Qeyd edək ki, C qrupunda 10 xalla "Atletiko" liderdir. "Roma" 8 xalla 2-ci, "Atletiko" 6 xalla 3-cü, "Qarabağ" isə 2 xalla qrupda son yeri tutur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right