"Bursaspor" millimizin üzvü ilə yolları ayırır

Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu Türkiyənin "Bursaspor" klubunun rəhbərliyi hücumçulardan narazıdı.

Newsport.az-ın məlumatına görə, "timsahlar"ın bu mövsüm Super Liqanın 12 turu ərzində vurduğu 22 qoldan yalnız üçünün müəllifi hücumçudur. Bu qolların da hamısını rumıniyalı forvard Boqdan Stanku vurub.

Ön xətt oyunçularıın bu performansı rəhbərliyi radikal addımlar atmağa məcbur edib. Belə ki, "ağ-yaşıllar" qış fasiləsi zamanı Dəniz Yılmaz, Sərcan Yıldırım və Sinan Bakışla yolları ayırıb, komandanı yeni hücumçularla gücləndirəcək.

Qeyd edək ki, Dəniz Yılmaz cari mövsümdə yalnız Türkiyə kuboku çərçivəsində "Tarsus İdman Yurdu" ilə matçda fərqlənə bilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right