Neymarı hövsələdən çıxardılar - Lənətə gəlsin, çox danışırsız

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda evdə “Seltik”i darmadağın edən (7:1) PSJ-nin hücumçusu Neymar matçdan sonra hövsələdən çıxıb.

Newsport.az saytının məlumatına görə, matçda komandasının qələbəsinə 2 qolla töhfə verən braziliyalı futbolçunun əsəbiləşməsinə səbəb, jurnalistlər olub. Belə ki, qarşılaşmadan sonra media nümayəndələri önünə çıxan Neymara Braziliya millisinin DÇ-2014-də evdə Almaniyaya 1:7 hesablı məğlubiyyətinə eyham edilərək “bu hesab sənə nəyi xatırladır” sualı verilib. Bundan sonra braziliyalının kefi qaçsa da, sualı cavablandırıb:

“Yenə mənə həmin günü xatırladırsız. Heç vaxt əl çəkməyəcəksiz? Hazırda “Seltik” üzərində qələbəyə görə sevincliyəm. Əsas olan budu, tablodakı hesab yox. Yaxşı xəbərlər reytinq gətirmir, hə? İnsanlar sizə görə pis şeylərə maraq göstərir. Ancaq mən hazırda yaxşı şeyləri görmək istəyirəm”.

Neymar jurnalistlərin növbəti - “Real”a keçəcəyi barədə sualından sonra isə hövsələdən çıxıb. O, “Lənətə gəlsin, çox danışırsız” deyərək, həmin yerdən ayrılıb.

Xatırladaq ki, Neymar PSJ-yə bu yayda, “Real”ın əzəli rəqibi “Barselona”dan transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right