Ulduz futbolçu 9 il azadlıqdan məhrum edildi

Braziliya millisinin sabiq üzvü, hazırda ölkəsinin “Atletiko Mineyro” klubunda çıxış edən Robinyo həbs olunub.

Newsport.az xəbər verir ki, ulduz futbolçu məhkəmənin qərarına əsasən 9 il müddətində azadlıqdan məhrum edilib.

Buna futbolçunun 2013-cü ildə “Milan”da oynadığı zaman albaniyalı qadına təcavüz etməsi səbəb olub. Bildirilir ki, Robinyo həmin ilin yanvar ayının 22-də qadına təcavvüz edib. O, məhkəmədə günahkar olduğunu boynuna alıb.

Lakin ulduz futbolçu həbs olunmayıb. Belə ki, onun cəzanın yüngülləşdirilməsi üçün etiraz edmək hüququ var. Oyunçu etiraz müddəti başa çatana qədər azadlıqda qalacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2010-15-ci illərdə “Milan”da forma geyinib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right